Ukraynada azərbaycanlı zabitin ailəsi həlak oldu - VİDEO

Ukraynada azərbaycanlı zabitin ailəsi həlak oldu -  VİDEO backend

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyev vilayətində elektrik enerjisi ilə bağlı ciddi problem var. 3-cü gündür ki, Kiyevin demək olar ki, yarısına elektrik enerjisi verilmir.

Məlumata görə, ötən sutka ərzində Rusiya ordusunun artilleriya və piyada hücumları daha çox Donetsk və Zaporojye vilayətləri istiqamətində olub.

“Zaporojyedəki hücumda özü şərq bölgəsində döyüşdə olan azərbaycanlı Valeh Məmmədovun həyat yoldaşı Svetlana Məmmədova və qızı Aysel Məmmədova artilleriya atəşləri nəticəsində evlərində yatdıqları yerdə həlak olublar”, - deyə jurnalist qeyd edib.

loading...
Diaspora