Almaniya parlamentindəki bütün demokratik fraksiyalar gələn həftə Qolodomorla bağlı mühüm qətnamə qəbul etməyə razılaşıblar.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.
"Almaniyadakı bütün demokratik fraksiyalar Qolodomorla bağlı mühüm birgə qətnamənin gələn həftə qəbul ediləcəyi ilə bağlı razılığa gəldilər. Qərar verilib: Bundestaq bunu soyqırım kimi qiymətləndirəcək", - Kuleba yazıb.
Nazir də öz növbəsində qərara görə Almaniyaya təşəkkür edib.
QAZİLER.AZ