Daha 50 ukraynalı əsgər rus əsirliyindən azad edilib

Daha 50 ukraynalı əsgər rus əsirliyindən azad edilib backend

bu gün daha 50 ukraynalı hərbçi Rusiya əsirliyindən geri qaytarılıb. Onların arasında 19 Mariupol müdafiəçisi var.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib.

Yermak əlavə edib ki, onların arasında iki zabit, 48 sıravi əsgər və çavuş var.

"Ən əsası odur ki, biz 19 Mariupol müdafiəçisini (onlardan 12-si "Azovstal"dandır), həmçinin Çernobıl AES-dən 15, Zmeinıy adasından 7 nəfər əsirlərlikdən azad etmişik" - deyə Yermak söyləyib.

O, əminliklə qeyd edib ki, bütün ukraynalıların əsirlikdən azad edilməsi istiqamətində işlər davam edir.

QAZİLER.AZ

Diaspora