"Artıq Kreml Ukraynanı danışıqlara məcbur etmək üçün dinc əhalinin öldürülməsini və Ukraynanın enerji sektoruna hücumu rəsmən etiraf etməkdən çəkinmir. Bununla belə, dünya Rusiya Federasiyasının terrorçu kimi tanıyıb-tanımaması barədə düşünməkdə davam edir".
Qaziler.az bildirir ki, bunu Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak tvitter hesabında yazıb.
“Rusiya artıq rəsmi şəkildə bəyan edir: “Biz dinc əhalini öldürürük, bütün enerji mənbələrinə hücum edirik ki, Ukrayna bizim işğalçı tələblərimizi yerinə yetirsin”. Dünya donan, lakin azadlığı uğrunda mübarizə aparan ölkəyə kənardan baxmağa davam edir, "terrorçunu terrorçu adlandırmaq olarmı?" haqqında düşünür”, - deyə Podolyak yazıb.
QAZİLER.AZ