Rusiya terrorçu ölkə olduğunu bir daha sübut etdi - Zelenski

Rusiya terrorçu ölkə olduğunu bir daha sübut etdi - Zelenski backend

Rusiya Ukrayna obyektlərinə raket zərbələri endirməklə terrorçu ölkə olduğunu bir daha sübut etdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezident Vladimir Zelenskinin müraciətinə istinadən xəbər verir.

"Bu gün Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı. Nəhayət, bütün Avropa parlamentarilərinə təşəkkür edirəm. Rusiya infrastrukturumuza, enerjimizə, sadə insanlara qarşı 67 raketdən istifadə etməklə bütün bunların doğru olduğunu bütün dünyaya sübut etdi. Nəticə isə faciəvidir - çoxlu sayda yaralı, ölən var " - deyə Zelenski bildirib.

Xatırladaq ki, bu gün kütləvi Rusiyanın Ukraynaya endirdiyi çox sayda zərbələr nəticəsində bir çox rayonlar işıqsız qalıb.

QAZİLER.AZ

Diaspora