Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, Düzcenin Gölyaka şəhərində baş verən 5,9 bal gücündə zəlzələdə 46 nəfər yaralanıb.
Qaziler.az Anadolu-ya istinadən bildirir ki, zəlzələdən sonra ən böyüyü 4.3 olmaq üzrə 90-dan çox afterşoklar qeydə alınıb.
09.01
Türkiyənin Düzcə vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və digər bəzi ətraf şəhərlərdə hiss olunan zəlzələdən sonra hələlik dəqiq açıqlama verilməyib.
Düzce Bələdiyyə Başçısı Faruk Özlü, "Qarşıdakı saatlarda ciddi tələfatın ola biləcəyini gözləmirəm. Əlimizdə olan yeganə məlumat elektriklərin kəsildiyi və insanların tonqal yandıraraq küçədə gecələdiyidir.Deyə bilərəm ki, qorxulacaq bir şey yoxdur”- dedi.
Səhiyyə naziri Fahrettin Koca, sosial media hesabından verdiyi açıqlamada: "Mərkəzi Düzce, Gölyaka və bir çox vilayətlərimizdə hiss olunan 5,9 bal gücündə zəlzələdə Düzcedə 1 nəfər, İstanbulda 1 nəfər, Boluda 1 nəfər, və Zonguldakda 1 nəfər var. Hazırkı məlumata görə, yaralıların sayı 35-dir. Yaralıların xəstəxanalarda müalicəsi davam edir" - deyə yazıb.
QAZİLER.AZ