ABŞ-dan F-16-ların alınması üçün işlərin aparıldığını bildirən Milli Müdafiə Naziri Hulusi Akar: “Əgər alınmazsa, bizim də ağlımızda bir şeylər var” deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-la F-35 böhranının həlli üçün tələb olunan F-16-larda ayrıca problem yarandı və bu da içindən çıxılmaz bir vəziyyətə gətirib çıxarıb.
Danışıqların davam etdiyini bildirən nazir Akar bildirib:
"ABŞ və hərbi nümayəndə heyətləri arasında danışıqlarımız davam edir. Yaxşı nəticələr əldə olunub. F-16-larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Alınmasa, təbii ki, bizim də ağlımıza gələn başqa şeylər var".
Digər tərəfdən, S-400 müdafiə sistemi ilə bağlı məsələyə toxunan Akar: "S-400 raketdən müdafiə sistemi yerindədir, istifadəyə hazırdır. Təhdid olarsa, ondan istifadə edəcəyik" - deyib.
QAZİLER.AZ