86 yaşlı moskvalı qadın serebral iflic olan 52 yaşlı qızını "başındakı səslərə" görə öldürüb.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Yaşlı qadın qızının boynundan və döş qəfəsindən azı 15 bıçaq zərbəsi vurub. Zərərçəkənin müqavimət göstərmək istəsə də, qaça bilmədiyi, aldığı xəsarətlərdən dünyasını dəyişdiyi bildirilir.
Təqaüdçü qurbanı ilə üç otaqlı mənzildə yaşayırmış. Ehtimal olunur ki, yaşlı moskvalı “başında səslər eşidib”, fikri qarışıb və qızına hücum edib.
Mənzildə olan cəsədi pensiyaçının ikinci qızının 62 yaşlı əri aşkar edib. Qətlin təfərrüatları araşdırılır.
QAZİLER.AZ