Artvində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yolun sonu gəldi” sözlərindən sonra Suriyanın şimalı yenidən vurulmağa başlanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Pəncə-Qılınc" Hava Hərəkatı çərçivəsində Şimali İraq və Suriyadakı terror hədəfləri bombalanıb.
Uğurlu keçən əməliyyatda indiyədək 200-ə yaxın terror təşkilatı üzvü zərərsizləşdirilib.
Artvindəki çıxışında: “Yolun sonu gəldi, tanklarımız və əsgərlərimizlə ən qısa zamanda PKK və YPG-nin kökünü kəsəcəyik” deməklə Prezident Ərdoğan quru əməliyyatının anonsunu verib.
Prezident Ərdoğanın çıxışı bitər-bitməz Ayn Əl-Ərəbin cənub hissələri Türkiyənin Suriya sərhədində yerləşdirilmiş fırtına haubitsalarından atəşə tutulub.
İHA-nın xəbərinə görə, terrorçuların hədəflərini məhv edən zərbələrdən sonra ərazidən qara tüstü qalxıb.
QAZİLER.AZ

