Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyaya müraciət edərək Qolodomoru ukraynalıların soyqırımı kimi tanımağa və Kremlin yalanlarını rədd etməyə çağırıb.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Almaniyanın Welt nəşri yazır.
Kuleba bildirib ki, Qolodamoru ukraynalıların soyqırımı kimi tanımağın əsl vaxtıdır. "Çünki Ukraynada növbəti rusiyalı diktatorun ucbatından yenidən fəlakət yaşanır. O diktator Ukrayna xalqını məhv etməyə çalışır. Dünya buna göz yumur, Ukrayna isə düşmənlə mübarizə aparmaqdadır" - deyə Ukraynanın xarici işlər naziri bildirib.
QAZİLER.AZ