PKK Suriyadan Türkiyənin Qaziantep şəhərini raketlərlə vurdu - Ölənlər və yaralılar var - FOTO - VİDEO

PKK Suriyadan Türkiyənin Qaziantep şəhərini raketlərlə vurdu -  Ölənlər və yaralılar var - FOTO - VİDEO backend

Suriyanın şimalından YPG/PKK terror təşkilatı tərəfindən Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var.

Raketlər Karkamış rayon mərkəzindəki orta məktəb, iki ev və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına zərər vurub.

Qaziler.az Türkiyə mətbuatına istinadən məlumatına görə, Kobaninin daxili hissələrindən 5 raketin atıldığı bildirilib.

Hadisədən sonra daxili işlər naziri Süleyman Soylu və milli təhsil naziri Mahmud Özer açıqlama verib. 

Nazirlər ölənlərin sayının 3-ə, yaralıların sayının isə 10-a yüksəldiyini bildirib.

Digər tərəfdən Süleyman Soylu ölənlərdən 1-nin Ayşənur Alkan adlı sinif müəllimi, 1-nin isə uşaq olduğunu bildirib.

QAZİLER..AZ görüntüləri təqdim edir:

 

 

Diaspora