Ukrayna hərbçiləri Luqansk vilayətində 12 yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri Luqansk vilayətində 12 yaşayış məntəqəsini azad edib backend

Luqansk vilayətində Ukrayna hərbçiləri 12 yaşayış məntəqəsini işğaldan azad edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, cəbhə xəttinə yaxın olan bölgədə də təşəbbüs əsasən Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin əlindədir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun spikeri Sergey Çerevatıy "Єдині новини" telemarafonunun efirində məlumat verib.

 Sergey Çerevatıy onu da diqqətə çatdırıb ki, şərq cəbhəsində, Donbasda böyük qüvvəyə malik olan işğalçılar 4 aydan artıqdır ki, hətta Baxmut və Avdeyevka bölgələrində də müdafiəni yara bilmirlər.

"Təbii ki, bu vəziyyət səylərimizi cəmləməyi tələb edir. Üstəlik, Luqansk vilayətində düşmən artıq məğlub edilmək üzrədir. Artıq Ukrayna bayrağı altında 12 yaşayış məntəqəsi var. Və bir çox cəhətdən təşəbbüs bizim əlimizdədir", - deyə spiker bildirib. 

QAZİLER,AZ

Diaspora