Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya səfər edib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, siyasətçi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bildirilir ki, görüş zamanı Zelenski Britaniyanın baş naziri ilə həm iki ölkə, həm də qlobal təhlükəsizlik üçün ən vacib məsələləri müzakirə edib.
Sunak Ukrayna prezidenti ilə görüş zamanı 50 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketini açıqlayıb. Buraya İran pilotsuz təyyarələri ilə mübarizə üçün 125 zenit qurğusu və avadanlıq daxil olacaq.