Belorus prezidenti Aleksandr Lukaşenko “McDonalds”ın ölkəsini tərk etməsinə görə Allaha şükür edib. O, belarusların özlərinin də “çörək kəsmək” işinin öhdəsindən gələ biləcəklərinə əmin olduğunu deyib.
Qaziler.az bildirir ki, bu barədə məlumatı Belorus prezidentinin mətbuat xidməti yayıb.
"Некоторые, особенно среди молодежи и, пожалуй, среднего возраста, а может, и старшего, стали ахать и охать: "Ах, "Макдональдс" идет". Я думаю: слава тебе господи, что хоть идет!... У нас что, булочку пополам не могут разрезать и впихнуть в эти две половинки кусочек мяса, картофеля и салата? Господи, кто это потребляет, не знаю", - сказал он.
"Bəziləri, xüsusilə gənclər, orta yaşlılar, bəlkə də daha böyüklər inildəməyə, "oflamağa", "uflamağa" başlayıblar: Ah, “McDonalds” gedir. Mən də deyirəm ki, şükür allaha ki, gedir. Bizdə nədir, bəyəm bulkanı iki bölüb arasına ət, kartof, kahı qoya bilmirlər? Ay allah, bunu kim yeyir axı?"
QAZİLER.AZ