Ukrayna Təhlükəsizlik Xidməti İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı olan cinayətkarı Ternopolda saxlayıb.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, həmin şəxs Ukraynada cinayətkar dəstə yaratmağı planlaşdırırmış.
Məlumatı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.
Qeyd olunur ki, cinayətkar ağır cinayətlər törətdiyinə görə İnterpol xətti ilə axtarışa verilib.
Saxlanılan şəxsin Cənubi Qafqazdan olan xüsusi amansızlılqar törədən beynəlxalq cinayətkar dəstənin üzvü olduğu məlum olub.
Onun hansı ölkənin vətəndaşı olduğu haqda hələlik məlumat verilməyib.
QAZİLER.AZ