MİT-dən nöqtə əməliyyatı: PKK-nın qadın lideri 4 PKK-lı ilə birgə məhv edildi

MİT-dən nöqtə əməliyyatı: PKK-nın qadın lideri 4 PKK-lı ilə birgə məhv edildi backend

Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində PKK-nın qadın liderlərindən olan Norşin Afrin və 4 terrorçu zərsizləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 2000-ci illərin əvvəllərində terror təşkilatı PKK-ya qoşulan Norşin Afrin təşkilata qoşulduqdan sonra uzun illər Türkiyədə "fəaliyyət göstərib".

Sonrakı illərdə PKK/YPG-nın  liderlərindən birinə çevrilib.

Türkiyəyə qarşı törədilən bir çox "fəaliyyət"in təlimatını Norşin Afrin verib və terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinın Suriyadakı əməliyyatlarına qarşı həyata keçirdiyi planları məhz o, təşkil edib. 

MİT-in nöqtə əməliyyatı ilə Norşin Afrin və 4 mühafizəçisi "sarı çanta"ya daxil olub.

QAZİLER.AZ

 

 

Diaspora