Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl sazişi ilə bağlı açıqlamasında müqavilənin daha 120 gün uzadıldığını bildirib.
Qaziler.az ensonher.com-a istinadən bildirir ki, nazir hər kəsin razılaşmaya əməl etməli olduğunu söyləyib.
"Demək lazımdır ki, maneələr tam aradan qaldırılmayıb. Biz bunu söyləyəndə bəziləri deyir ki, siz Rusiyanı müdafiə edirsiniz? Xeyr, biz onu müdafiə etmirik, bu, sövdələşmədir. Biz deyirik ki, Rusiyanın da tələbləri müqavilədə göstərildiyi kimi yerinə yetirilməlidir. Hər kəs razılaşmaya əməl etməlidir. Müəyyən çətinliklər olub, xeyli irəliləyiş əldə olunub. Ümid edirəm ki, 4 aydan sonra yenidən uzadılacaq".
QAZİLER.AZ