Türkiyə Böyük Millət Məclisi Hazırlıq Komitəsi HDP Diyarbakır millət vəkili Semra Güzelin iştirak etmədiyi üçün deputat mandatından məhrum edilməsinə qərar verib. Son qərarı Şura verəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, HDP-nin Diyarbakırdan olan millət vəkili Semra Güzel haqqında gözlənilən qərar verilib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilən PKK-lı Volkan Boranın HDP-li Güzellə fotoları ortaya çıxdıqdan sonra Baş Prokurorluğun tələbi ilə Güzelin toxunulmazlığı TBMM tərəfindən ləğv edilmişdi.
Sentyabrda saxta pasportla Ədirnəyə qaçmaq istəyən millət vəkili ələ keçmişdi.
Ankara Respublika Baş Prokurorluğunun TBMM Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə, Güzelin "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 aydan 15 ilədək həbs cəzası istənilib.
Digər tərəfdən TBMM Hazırlıq Komitəsi HDP-li millət vəkilinin iclaslarda iştirak etmədiyinə görə parlamentdən kənarlaşdırılması qərarını səs çoxluğu ilə təsdiqləyib.
QAZİLER.AZ