Əgər NATO buna reaksiya verməsə, şərq cinahını gücləndirməsə və Ukrayna səmasını bağlamasa, ağlını itirmiş Rusiyanın növbəti addımları son dövrlərin Avropada ən böyük faciəsinə səbəb ola bilər.
Bunu dünən Polşaya reket hücumunu şərh edən ukraynalı mənbə Qaziler.az-a bildirilib. Baş verən hadisəni siyasətçi belə şərh edib:
"2022-ci il mayın 13-də Rusiya Federasiyasının Dövlət Duması “Polşanın denazifikasiyasını” həyata keçirməyi təklif edib.
Noyabrın 15-də Polşaya iki raket hücumu nəticəsində iki nəfər həlak olub. Lakin Rusiya təbliğatı Kremlin bu cinayətdə iştirakını inkar edib. Putin Polşaya nifrət edir və onu Rusiya İmperiyasının qeyri-qanuni ayrılan hissəsi hesab edir. onun fikrincə, Polşa əvvəlcə cəzalandırılmalı, sonra Rusiyaya qaytarılmalıdır.
Əgər NATO Polşaya bu hücuma reaksiya verməsə, şərq cinahını gücləndirməsə və Ukrayna səmasını bağlamasa, pərişan Rusiyanın növbəti addımları son dövrlərin Avropada ən böyük faciəsinə səbəb ola bilər.
Noyabrın 15-də Ukraynanın enerji infrastrukturuna kütləvi raket zərbəsi ilə Putin uzun müddətdir hazırlaşdığı təcavüzünün yeni mərhələsinə rəsmən başladı (ümumilikdə 90-dan çox raket atıldı). Rusiya Polşanı vurdu, nəticədə iki nəfər öldü. Rusiya təbliğat resursları dərhal Ukrayna və NATO-nu Rusiyaya qarşı “təxribat” hazırlamaqda ittiham etdi. Xüsusilə, “Rusiyanın bu insidentdə əli olmadığı” və bunun “Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin parçaları” olduğu bildirildi. Raketin 10 km (yəni Ukrayna sərhədindən hadisə yerinə qədər olan məsafəni) və Ukraynanın atəş altında olan iri yaşayış məntəqələri arasındakı məsafəni qət edə bilmədiyi göz qabağındadır. Polşaya raket hücumunun səthi təhlili belə, yalnız bir şeyi deyir: bu, NATO-nun bu təxribata reaksiyasını yoxlamaq üçün Rusiyanın planlaşdırdığı təxribatdır.
Rusiya təbliğatçısı M. Simonyan özünün teleqram kanalında “Deməli, Polşanın öz Belqorod vilayəti var. Bəs nə bilmişdiniz?" yazmaqla raket hücumunun Rusiya tərəfindən törədildiyini etiraf edib.
bir daha qeyd edirəm: NATO bu təxribata cavab verməsə, Putin riski kəskin şəkildə artıracaq: Ukraynaya qarşı təcavüzü genişləndirəcək, ola bilsin ki, Polşa və Baltikyanı ölkələrə raket zərbələri də endirsin. Həmçinin, bundan "ruhlanan" və Qərbə qarşı çıxan bir sıra ölkələr Kremlin ətrafında toplanacaq: İran, Əfqanıstan, Suriya, bir sıra Afrika və Latın Amerikası ölkələri... Çin isə əmin olacaq ki, Tayvana qarşı hücumu həyata keçirmək çox asandır.
Bundan sonra Polşaya iki raket hücumu "terrorçu domino effekti" yaradacaq. Qərbin fəaliyyətsizliyindən və qərarsızlığından əmin olan totalitar dövlətlər cavab zərbəsinin ola biləcəyindən ehtiyatlanmadan hərəkətə keçəcəklər".
Ukraynadakı mənbə bunun qarşısını almaq üçün ilkin şərtləri açıqlayıb:
"NATO-nun cavabı aydın, qəti və ardıcıl, konkret olmalıdır. Rusiya mümkün qədər təcrid olunmalı, Qərb ekumenindən kənarlaşdırılmalıdır. Sanksiyalar davamlı olmalıdır.
Ən azı Qərbi Ukrayna səması bağlanmalıdır: bu, NATO-nun şərq cinahınının təhlükəsizliyini təmin edəcək və Ukraynanın hava hücumundan müdafiəsini möhkəmlədəcək".
QAZİLER,AZ