Ərdoğan jurnalistə: Amerikada yaşayan türk olduğunuzu dediniz, buna inanmıram - VİDEO

Ərdoğan jurnalistə: Amerikada yaşayan türk olduğunuzu dediniz, buna inanmıram - VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçirilən IX sammitində çıxışı zamanı jurnalistə ciddi irad bildirib.

Qaziler.az xəbər verir ki, “Haber Qlobal”da yer alan xəbərə görə, prezident Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvə toplantısından sonra Media Mərkəzində mətbuat konfransı keçirib. Ərdoğan çıxışında bir jurnalistin sammit zamanı keçirdiyi görüşləri izah edərkən verdiyi suala iradını bildirib.

Ərdoğan jurnalistin: “Türkiyə Ege, Suriya və İraqda təcavüzkar siyasət yürüdür” ifadəsinə: "Amerikada yaşayan türk olduğunuzu dediniz. Buna inanmıram. Fərqli bir irqçilik içindəsiniz. Çünki sualınız bunu tam olaraq ortaya çıxarır. Bizim Türkiyədəki kürd vətəndaşlarımızla problemimizin olmadığı kimi İraqın şimalında və Suriyanın cənubunda yaşayan kürdlərlə heç bir problemimiz yoxdur” - sözləri ilə cavab verib.

QAZİLER.AZ

Diaspora