Rusiyanın paytaxtı Moskvada ilk dəfə olaraq hava limanlarında və aviaşirkətlərdə terror aktları təhlükəsinin maksimum - üçüncü səviyyəsi elan edilib.
Bu barədə “Rostransnadzor”un daşıyıcı şirkətlər və hava limanlarına ünvanlanan məktubunda bildirilib.
“Rostransnadzor” bununla bağlı aviaşirkətləri xəbərdar edib. Yeni təhlükə səviyyəsinə uyğun olaraq əlavə təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verib.
Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında ilk dəfə olaraq terror aktları təhlükəsinin maksimum həddi tətbiq edilib.
Sankt-Peterburq hava limanında da yüksək riskli rejim tətbiq edilib.
Şeremetyevo hava limanında ərazi boyunca beton bloklar qoyulub. Pulkovoda da ciddi yoxlamalar aparılır.
Sərnişinlərin buraxılış məntəqələrində mümkün növbələrə hazır olmaları və uçuşa gecikməmək üçün hava limanına daha tez getmələri tövsiyə olunur. (oxu.az)