Ukrayna Silahlı Qüvvələri Donetskdə düşmənin bütün hücumlarını dəf edib - Baş Qərargah

Ukrayna Silahlı Qüvvələri  Donetskdə düşmənin bütün hücumlarını dəf edib -  Baş Qərargah backend

"Ukrayna Silahlı Qüvvələri sutka ərzində Donetsk vilayətində düşmənin bütün hücumlarını dəf edib"

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahdan bildirilir ki, Volın və Polesye istiqamətlərində vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib.

Ukrayna əsgərləri ötən sutka ərzində Donetsk vilayətinin Beloqorivka, Kurdyumovka, Novokalinovo, Vesele, Avdeevka, Pervomayskoye, Vodianoe, Novomikhailovka və Vremovka yaşayış məntəqələri ərazilərində rus işğalçılarının hücumlarını dəf ediblər.

Son sutka ərzində Ukraynanın raket və artilleriya qüvvələrinin əsgərləri rusların canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, işğalçıların  döyüş və sursat anbarını vurub.

Qaziler.az

Diaspora