İstanbulun İstiqlal küçəsində yaşanan terror hücumu zamanı yaralanan 81 nəfərdən 57-si xəstəxanadan evə buraxılıb.
Qaziler.az xəbər verir ki, bu haqda İstanbul valisi Ali Yerlikaya sosial media hesabında paylaşıb:
“İstiqlal küçəsində baş verən partlayış nəticəsində xəstəxanada müalicə alan yaralılarımızdan 57-si evə buraxılıb. 18 xəstəmizin müalicəsi davam edir, 6-sı isə reanimasiyadadır. Reanimasiyada olanlardan 2-sinin vəziyyəti ağırdır. Yaralılarımıza tezliklə sağalmaları üçün dua edirik”, -deyə Ali Yerlikaya bildirib.
QAZİLER.AZ