Dünən İstanbul şəhərin İstiqlal küçəsində baş verən terror aktından sonra bu gün orada piyadaların hərəkəti təmin edilib.
Qaziler.az bildirir ki, 6 insanın həyatına son qoyan, 81 nəfərin yaralandığı terror aktından sonra küçə 200 Türkiyə bayrağı ilə bəzədilib. Lakin bayraqların tunelə qədər artırılacağı bildirilib.
İstiqlal küçəsi terror aktından sonra Beyoğlu Bələdiyyəsi əməkdaşları tərəfindən Türkiyə bayraqları ilə bəzədilib.
DHA-nın xəbərinə görə, Taksim meydanından Tünelə qədər olan küçəyə cəmi 1200 bayraq asılacağı qeyd olunub.
QAZİLER.AZ