Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstiqlal küçəsində verdiyi açıqlamada ABŞ səfirliyinin başsağlığını qəbul etmədiklərini bildirdi.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Süleyman Soylu yenidən terror aktının törədildiyi İstiqlal küçəsinə gəlib və hadisə ilə bağlı bir daha açıqlama verib.
Buradan mühüm açıqlamalar verərək: "Biz terrorun haradan və necə koordinasiya edildiyini bilirik" - deyib. Nazir həmçinin ABŞ-a da sərt cavab verib.
Süleyman Soylu: "Bizə verilən mesajı bilirik. ABŞ-ın başsağlığını qəbul etmirik. Rədd edirik. Bu xainliklərə dözəcək gücümüz yoxdur" - söyləyib.
QAZİLER.AZ