Rusiya Ukraynada daha 510 hərbçisini itirdi - Yenilənmiş SİYAHI

Rusiya Ukraynada daha 510 hərbçisini itirdi - Yenilənmiş  SİYAHI backend

Ukrayna ordusu ötən sutka ərzində daha 510 rus işğalçısını məhv edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, ümumilikdə, Rusiya Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə zamanı artıq 81370 hərbçi itirib.

Bununla bağlı məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 848 tank, 5 748 zirehli maşın, 1 509 operativ-taktiki PUA, 1 839 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 206 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 4 316 avtomobil və tanker, 160 xüsusi texnikadan ibarətdir.

QAZİLER.AZ

 

Diaspora