İstanbulu qana boyayan qadın terrorçunun saxlanıldığı anın fotoları yayılıb.
Xəbər verdiyimiz kimi, ötən gün saat 16.20 radələrində Beyoğlu İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər həyatını itirib, 2-si ağır olmaqla 81 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun İstiqlal küçəsində hadisəni törədən şəxsin həbs olunduğunu bildirib.
6 Türkiyə vətəndaşının həyatına son qoyan hadisəni törədən xain terrorçunun evində tutulduğu anlardan kadrlar paylaşılıb.
Qaziler.az həmin görüntüləri təqdim edir: