Ukrayna prezidenti Vladimir Zelenski Nikolayevdə yaşayış binasına Rusiya hərbçilərinin zərbə endirməsinə münasibət bildirib.
Qaziler.az Ukrayna mətbuatına iistinadən bildirir ki, o, rusların gecə hücumunu terrorçu dövlətin Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurlarına "kinli cavabı" adlandırıb.
"Axtarış-xilasetmə işləri davam edir. Rusiya öz iyrənc taktikasından əl çəkmir. Biz də mübarizəmizdən əl çəkməyəcəyik. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törətdikləri hər bir cinayətə görə cavab verəcəklər", - deyə Zelenski bildirib.