Ruslar Nikolayevdə yaşayış binasını vurdular - FOTO

Ruslar Nikolayevdə yaşayış binasını vurdular - FOTO backend

Son məlumatlara görə, hücum nəticəsində 6 nəfər həlak olub.

Qaziler.az UNİAN-a istinadən bildirir ki, Rusiya hərbçiləri Nikolayevdə yaşayış binasını atəşə tutub. Rusların hücumu nəticəsində ölən və yaralananlar var. Bu barədə öz teleqram səhifəsində Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.

"Ruslar Silahlı Qüvvələrimizə  beşmərtəbəli yaşayış binasına raket hücumu ilə cavab verdilər. Ölən və yaralananlar var", - deyə o bildirib.

Bu məlumatı şəhərin meri Aleksandr Senkeviç təsdiqləyib.

"Beşmərtəbəli yaşayış binasına hücum olub. 5-ci mərtəbədən 1-ci mərtəbəyə kimi dağılıb. Təəssüf ki, ölən və yaralananlar var", - məlumatda deyilir.

"Xilasedicilər evin dağıntıları altından daha üç cəsəd - bir kişi və iki qadını çıxarıblar. Saat 10:00-a olan məlumata görə, altı nəfər yaşayış binasının vurulması nəticəsində ölüb", - Senkeviç qeyd edib.

QAZİLER.AZ

 

Diaspora