Ukraynalı müdafiəçilər Xerson vilayətində azı 12 yaşayış məntəqəsini azad ediblər. Bu istiqamətdə əks-hücum davam edir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Müdafiə qüvvələri Ukrayna torpaqlarını azad etməkdə davam edir. Bu il noyabrın 9-da qoşunlarımızın Xerson istiqamətində uğurlu hücum əməliyyatları zamanı 12 yaşayış məntəqəsi azad edilib", - məlumatda deyilir.
QAZİLER.AZ