Həyat hekayəsindən bəhs edən "Qazi Mustafa Kamal Atatürk - Selanikdən Anıtkabirə" adlı sərgidə Mustafa Kamal Atatürkün ailə və ictimai həyatına aid fotoşəkillər nümayiş etdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, burada Atatürkün nadir fotoşəkilləri də sərgilənirdi.
Fotolar arasında Atanın daha çox ailəsi və ictimai həyatına aid olan 133 fotoşəkili nümayiş olunub.
Sərgidə Atatürkün balda yeniçəri paltarı geyindiyi fotoşəkil diqqət çəkib.
Sərgidə həmçinin Atatürkün həyat yoldaşı Lətifə xanımla ziyarətlər zamanı, gənclik illərində Liviya, Şam və Balkanlarda çəkdirdiyi fotoşəkillər də yer alıb.
Sərgi noyabrın sonuna qədər ziyarətçilər üçün açıq olacaq.
QAZİLER.AZ