Rusiya Ukrayna ordusundan ələ keçirilən Qərb silahlarının nümunələrini “İl-76” hərbi təyyarəsi vasitəsilə gizli şəkildə İrana daşıyıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
Kanalın qaynaqlarının məlumatına görə, avqustun 20-də səhər saatlarında Rusiya təyyarəsi 140 milyon avro nağd pul, Böyük Britaniyanın “NLAW”, ABŞ-ın “Javelin”və “Stinger” tiplli tank əleyhinə raketlərin nümunələrini Moskvadan Tehrana götürüb. Telekanalın müsahibi qeyd edib ki, nümunələr Tehrana Qərb texnologiyalarını kopyalamağa imkan verə bilər.
Mənbə iddia edir ki, İran öz növbəsində Rusiyaya 160-dan çox pilotsuz təyyarə, o cümlədən yüz “Shahed” kamikadze pilotsuz uçan aparat tədarük edib. Onun sözlərinə görə, Moskva və Tehran arasında son günlərdə 200 milyon avro dəyərində daha bir dron müqaviləsi imzalanıb.