Rusiya ilə Azərbaycan sərhədində yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemi dəyişdirilib.
Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu olub. Həmçinin, dəyişikliyin noyabrın 17-nə kimi tətbiq ediləcəyi vurğulanıb.
Bununla yanaşı, qurumdan yük avtomobillərinə Rusiya ərazisindən Azərbaycana çıxış üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunub.
Mənbə: TASS