Mərivan şəhərində etirazçılar İranın bayrağını zibil qutusuna ataraq yandırıblar.
Qaziler.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.
Bununla bağlı yayılan videogörüntülərdə molla rejimindən narazı insanların “Xameneiyə ölüm olsun!”, “Diktatora ölüm olsun!” şüarları ilə bayrağı məhv etdikləri əks olunub.