10 il əvvəl boşandığı keçmiş həyat yoldaşına qaraciyərini verdi - FOTO

10 il əvvəl boşandığı keçmiş həyat yoldaşına qaraciyərini verdi -  FOTO backend

10 il əvvəl boşandığı ərinin qaraciyər çatışmazlığı olduğunu öyrənən qadın övladının atasını tək qoymayaraq donor olmağı qəbul edib.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, İzmirdə bir uşaq atası olan 58 yaşlı Can Şaya aprel ayında həkimlərin qoyduğu dioqnoz onun həyatını dəyişib. belə ki, qarın şişkinliyi ilə getdiyi xəstəxanada ona qaraciyər yetməzliyi ilə birlikdə qaraciyər xərçəngi dioqnozu qoyulub. 

Xəstəliyinin ilk günündən onun yanında olan 12 yaşlı oğlu Alpayın anası Bahar Azak könüllü donor olub.

Can Şayın yeganə donoru olan Bahar Azakın qaraciyərinin uyğun olduğu müəyyən edilib. 

Orqan transplantasiyası uğurla nəticələnib. həkimlər bildirib ki, donorun keçmiş həyat yoldaşının da, özünün də səhhəti yaxşıdır.

Boşandığı həyat yoldaşı Can Şayı qan içində xəstəxanaya yerləşdirdiklərini və vəziyyətinin çox ağır olduğunu bildirən Bahar Azak; “10 il əvvəl boşandıq, amma düşmən deyildik. Onun xəstə olduğunu əvvəldən bilirdim və tərəddüd etmədən donor olacağımı dedim. İnsan həyatı o qədər də ucuz deyil, tanımasam belə donor olardım. Ayrılsaq da, Can mənim həyatımın bir parçasıdır. Çətin olan o idi ki, əməliyyatda olduğumuz müddətdə uşağımız tək idi. Proses gözlədiyimdən də yaxşı keçdi. Tez sağaldım, bəxtimiz gətirdi".

Diaspora