Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror təşkilatına qarşı yeni əməliyyat keçirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyanın Ayn İsa əyaləti üzrə qruplaşmasının rəhbəri, “Azad” kod adlı, İraq əsilli Kays Berho Sulayvanı zərərsizləşdirib.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə həyata keçirdiyi “Barış Pınarı” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarını təşkil edən Sulayvanın MİT təqib etməkdə idi.
Ayn İsada həyata keçirilən əməliyyatlarda təşkilat liderləri zərərsizləşdirildikdən sonra bu bölgəyə "təyin edilən" terrorçu Sulayva MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.