"O, fəal surətdə işğala qarşı çıxıb və rusiyayönümlü polisləri ittiham edib..."
"Qadının əri polislər tərəfindən vəhşicısinə döyülüb, həyat yoldaşının dəfnindən sonra yenidən yoxa çıxıb..."
Rusiya qoşunlarının işğal etdikləri Xerson vilayətinin Skadovsk şəhərində 58 yaşlı tibb bacısı Tatyana Mudrenko ictimaiyyət qarşısında edam edilib.
O, işğala qarşı fəal surətdə etiraz edib və ictimaiyyət qarşısında bəyan edib ki, "Skadovsk Ukraynadır!".
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri şahidlərin sübutlarına və edam edilən qadının bacısının dediklərinə istinadən məlumat verib.
Tatyana Mudrenko Rusiyanın işğalına qarşı etiraz aksiyalarında iştirak edib.
Oktyabrın əvvəlində onun rusiyayönümlü polislərlə münaqişəsi baş verib. Qadın onları işğalçılarla əməkdaşlığa görə ittiham edib və ucadan səslənib: "Skadovask Ukraynadır!".
Tezliklə bu hadisədən sonra Tatyana və onun 60 yaşlı mülki əri Anatoli Orexov saxlanılıb.
Oktyabrın 15-də Tatyananın bacısı Natalya Çernayaya bacısının ölümü barədə məlumat verilib.
Qonşular deyib ki, Mudrenkonun "ağzına nəsə töküb", sonra məhkəmə binasının, ictimaiyyətin gözü qarşısında asılıb.
Sonradan Natalya Çernayaya Mudrenkonun ölüm şəhadətnaməsi göndərilib.
Orada ölüm səbəbinin tənəffüs yollarının sıxılması ilə bağlı boğulma- "mexaniki asfiksiya" olduğu göstərilib.
Anatoli Orexov sərbəst buraxılıb. Onun qolu sınıb, sifətində və bədənində döyülmə izləri olub. Mudrenkonun dəfnindən sonra kişi yenidən yoxa çıxıb.
Oktyabrın ortalarında Mudrenkonun ölümü haqqında Ukraynanın hüquq-müdafiə təşkilatları məlumat verib.