Ukrayna prezidenti Ofisində İrandakı dronlar zavoduna zərbələr vurmağa çağırış edilib.
İran tərəfindən Rusiyaya Ukraynada tammiqyaslı hərbi müdaxilədən öncə dronlar tədarükünün etiraf edilməsi mənasız görünür.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib.
"Rusiyaya dronların verilməsi bir qədər qəribə görünür: yəni onlar müharibədən öncə mindən artıq dronlar göndərib və rusiyalılar yalnız praktiki olaraq döyüş meydanında uduzduqdan sonra onlardan istifadə etməyə başlayıb.
Bizim kritik infrastrukturumuzu məhv etmək əvəzinə onlar 8 ay anbarlarda qalıb?", - Podolyak deyib.
O, həmçinin İranı dronların tədarükünə görə cəzalandırmağa çağırış edib.
"Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqolar tətbiq etmək deyil, dronların və ballistik raketlərin və s.istehsalı zavodlarına konkret zərbələr vurmaq olar. Belə dövlət bundan sonra da bunu cəzasız edə bilməz", - Podolyak qeyd edib.