Rusiyada 318 min nəfər səfərbərliyə cəlb edilib.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bizim artıq səfərbərliyə alınmış 318 min nəfərimiz var. Könüllülər gəlir. Onlardan 49 mini artıq ordudadır, döyüş tapşırıqlarını yerinə yetirir. Digərləri döyüş hazırlığı keçir", - deyə Putin bildirib.