İranda molla rejiminə qarşı təxminən ay yarımdır davam edən aksiyalar səngimək bilmir. Ölkənin müxtəlif şəhərlərində hər gün nümayişlər keçirilir.
“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər yayıb.
Kadrlardan biri Fuladşəhr bölgəsindəndir. Videodan görünür ki, molla rejiminə qəzəbli etirazçılar İranın ali lideri Əli Xameneinin şəkli olan bannerə qumbara ataraq yandırır.
Digər görüntü isə Əlvənd şəhərindəndir. Burada da narazı əhalinin etirazlar zamanı SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin şəkli olan banneri yandırdıqları görünür.