Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 74 840 canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 750 tank, 5 580 zirehli maşın, 1 772 artilleriya sistemi, 391 reaktiv yaylım atəşi sistemi, 201 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 450 PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 174 avtomobil texnikası və avtosistern, 155 xüsusi texnikadan ibarətdir.
