İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var backend

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

Apa-nın Tehran bürosunun məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

 

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Diaspora