Ərdoğan Putin və Zelenski ilə görüşəcək - Çavuşoğlu - VİDEO

Ərdoğan Putin və Zelenski ilə görüşəcək - Çavuşoğlu - VİDEO backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Ərdoğanın Ukrayna prezidenti Zelenski və Rusiya prezidenti "Putinlə Taxıl sazişi" məsələsini müzakirə edəcəyini bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışacaq”.

Qaziler.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, “Taxıl sazişi”nin davam etməsi üçün problemlər həll edilməlidir.

"İlk növbədə razılaşdırıldığı kimi, daşımanın davam etməsi üçün problemlərin aradan qaldırılması lazımdır. Maneələrin aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Hər iki ölkənin ixrac etdiyi məhsullara bütün dünyanın ehtiyacı var. Biz səylərimizi davam etdirəcəyik" - deyə Çavuşoğlu vurğulayıb.


Daha sonra xarici işlər naziri əlavə edib: "Cənab Prezidentimizin Putin və Zelenski ilə də görüşü olacaq. Bununla bağlı açıqlamalar da veriləcək. İnanırıq ki, biz bu problemləri həll edə bilərik”.

Diaspora