Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşə başlamazdan əvvəl hava şəraitinin pisləşməsinə görə həmkarından üzr istəyib.
Qaziler.az Modern.az-a istinadla xəbər verir ki, Putin hava şəraitinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti üçtərəfli sammitinə mane olmayacağını bildirib.
"Biz bu gün Soçidə görüşürük. Görüş yerini də siz və prezident İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, amma görüləsi heç nə yoxdur, payız payızdır", - Putin deyib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Soçidə hava şəraiti kəskin pisləşib.