İrəvan İran PUA-ları alıb? - Ermənistan MN

İrəvan İran PUA-ları alıb? -  Ermənistan MN backend

Ermənistan Müdafiə Nazirliyi İran PUA-ları alıb-almaması ilə bağlı sorğunu cavablandırmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinə İrəvanın İran PUA-larının alınması ilə bağlı müraciət edib-etmədiyini, belə bir ehtimalı nəzərdən keçirib-keçirmədiyi, həmçinin Ermənistanın İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görüb-görmədiyi barədə sual ünvanlanıb.

Ermənistan MN “dövlət, xidmət, bank, kommersiya sirri”, həmçinin “məxfi hərbi informasiya” qərarlarını əsas gətirərək, suala cavabdan imtina edib.

Qeyd edək ki, İrandan PUA alınıb-alınmadığı haqda sorğuya cavab olaraq İranın Qafandakı baş konsulu Abidin Varamin bu barədə Ermənistan MN-ə müraciət etməyin lazım olduğunu bildirmişdi.

Diaspora