İranın Şiraz şəhərində ziyarətgaha təşkil olunan terror aktına görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə terror təşkilatı sosial media vasitəsilə məlumat yayıb.
Üç silahlı şəxs axşam saatlarında məscidə daxil olaraq oradakı işçilərə və ibadət edənlərə atəş açıb. Polis cinayətkarların ikisini tutub, bir nəfər isə qaça bilib.
İran Prezidenti İbrahim Rəisi hadisəyə münasibət bildirərkən deyib ki, bu pislik qətiyyən cavabsız qalmayacaq.
Terror aktı zamanı 20 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı məlumdur.