İranda terror aktında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

İranda terror aktında ölənlərin sayı artdı -  VİDEO - YENİLƏNİB backend

İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

 

21.56

Bu gün İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz şəhərində Şahçıraq ziyarətgahında terror aktı törədilib.

Trend-in məlumatına görə, yerli KİV bildirir ki, akt nəticəsində indiyədək 15 nəfər ölüb, 45 nəfər yaralanıb.

 

İlkin məlumatlara görə, 3 silahlı şəxs ziyarətgaha daxil olub və atəş açmağa başlayıblar. Silahlı şəxslərin ikisinin tutulduğu, birinin isə axtarışda olduğu bildirilir.

Diaspora