Rusiyanın narahatlığı: “çirkli bomba” nədir?

Rusiyanın narahatlığı:  “çirkli bomba” nədir? backend

“Çirkli bomba”ların tərkibi radioaktif maddələrdən ibarətdir. Bugünədək Vyetnam kimi ölkələrdə “çirkli bomba”lardan istifadə örnəkləri var.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli Rusiya müdafiə naziri və Baş Qərargah rəisini qərbli həmkarları ilə Ukraynanın “çirkli bomba” təxribatı barədə müzakirələr aparması və xüsusi narahatlığını bildirməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, sözügedən bombalardan istifadə beynəlxalq konvensiyalar ilə qadağan olunub:

“Çirkli bomba”ların təsirləri yalnız istifadə olunduğu ərazilərlə məhdudlaşmır. Radioaktiv maddələr hava, külək və s. ilə geniş ərazilərə yayıla bilir və onlar bütün ekoloji sistemə mənfi mənada kompleks təsir göstərmə gücünə malikdir. Ona görə, bu bombaların, eyni zamanda müxtəlif kimyəvi, bioloji silahların istehsalı və onlardan istifadə beynəlxalq konvensiyalar ilə qadağan olunub. Bununla yanaşı, beynəlxalq hüquqda “çirkli bomba”ları istehsal və istifadə edən ölkələr üçün ciddi sanksiyaların tətbiqi nəzərdə tutulur”.

Qeyd edək ki, Rusiya Ukraynanı “çirkli bomba” təxribatına hazırlaşmaqda ittiham edib. Bununla bağlı Sergey Şoyqu ABŞ, Türkiyə, Fransa, İngiltərə müdafiə nazirləri ilə telefon danışığı aparıb. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da narahatlığını ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə bölüşüb.

Diaspora