Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistana girişinə qoyulan qadağaya münasibət bildirib.
“Bizim üçün qəfil oldu, Ermənistan parlamentinin xarici əlaqələr departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikası üçün zərərlidir. Mən bunu təhqiramiz addım kimi qiymətləndirirəm”, - deyə deputat bildirib.
13:51
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib.
Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.
“Bizdə olan məlumatlara görə, Konstantin Zatulinin Ermənistana girişi qadağandır. Bundan sonra o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur”, - deyə qəzetdə bildirilir.
Qeyd edək ki, deputat Zatulin müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edib və baş nazir Nikol Paşinyanı istefaya çağırıb. O, qatı ermənipərəst mövqeyi ilə tanınır.