Kiyev 1994-cü ildə dünyanın üçüncü ən böyük nüvə arsenalından könüllü olaraq imtina edib və heç vaxt öz nüvə proqramını həyata keçirməyib.
Bununla bağlı Ukraynadan olan etibarlı mənbə Qaziler.az-a öz fikirlərini bölüşüb:
"Bəli, Ukraynada dinc nüvə enerjisi sahəsində inkişaflarla məşğul olan elmi təşkilatlar var. Kreml təbliğatı vaxtaşırı belə qurumlarda Ukraynanın nüvə silahı hazırlaması ilə bağlı uydurmalar səsləndirir, lakin hamı bunun açıq-aşkar yalan olduğunu çoxdan anlayıb. İndi Kreml yeni yalanla - “çirkli bomba” yaratmaqla gündəmi zəbt etməyə çalışır.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, guya Ukrayna Moskvanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün aşağı rentabelli nüvə silahını partlatmağı planlaşdırır.
Tarix də həmişə sübut edir ki, Rusiya Ukraynanı nədəsə ittiham edirsə, demək özü yeni təxribat hazırlayır. Deməli cəbhədə hazırkı çox çətin vəziyyətdə rusiyalı qatillərin Ukrayna hakimiyyətini ittiham etmək üçün yeni terror aktını törədəcəkləri istisna deyil.
Rusiya növbəti dəfə bütün dünyanı təhdid edir. Xüsusilə G20 dövlətlərinin görüşü ərəfəsində “çirkli bomba” kimi çox riskli oyun bütün dünyaya xəbərdarlıqdır. Ukraynanın öz ərazisində "çirkli bomba"dan istifadə etməsi üçün heç bir səbəb yoxdur. Amma Putin dəfələrlə sübut edib ki, kütləvi ölümlər onu narahat etmir".